İllik müqavilə əsasında (kompleks)

  1. Yerli standartlara uyğun mühasibat uçotu quraraq, onun qanunvericliyə uyğun aparılmasının təşkili, kadr (personal) uçotunun Azərbaycan Respublikası Əmək Məcəlləsinə (qanununa) uyğun aparılması və eyni zamada mülki, əmək, vergi və gömrük qanunlarının düzgün tətəbiqinə nəzarət, bu sahələrə aid qanuni mövqələrin Azərbaycan Respublikası Məhkəmələrində müdafiəsi, dövlət orqanları ilə qanuni yazışmaların (əlaqələrin) aparılması, lazım olan sertifikat və lisenziyaların alınması üzrə xidmətlərin həyata keçirilməsi.

Buraya aşağıdakı sahələr üzrə məsləhətlər də daxildir: Vergi işi, mühasibat uçotu, əmək( personalla iş), “beynəlxalq neft kontraktları (PSA) və onların vergi və gömrük protokolları” və qanunverciliyin tətbiqi ilə bağlı digər sahələr üzrə .

1.1. Qanunvericilyin tələbinə uyğun olaraq illik vergi bəyənnamələrinin təsdiqi və audit rəyinin alınması;

1.2. Müəssisənin (nümayəndəliyin, filialin və s.) dövlət qeydiyyatına alınmasının təşkili;

1.3. Müəssisənin (nümayəndəliyin, filialın və s.) dövlət qeydiyyatına alınması zamanı  və ya yenidən qeydiyyat zamanı “nizamnamə kapitalının” qanunvericliyin tələbinə uyğun olaraq  təsdiqi ilə əlaqədar audit rəyinin alınması;

1.4.  Vergi və Gömrukdən tələb olunan sertifikatların alınması;

1.5. Mühasibat, Vergi, Gömrük, Əmək və Mülki qanunverciliyinin digər sahələrinə aid bütün məsələlər üzrə qaldırılan iddialar əsasında (bütün instansiyalar daxil olmaqla) Məhkəmələrdə müştərinin mövqelərinin müdafiəsinin həyata keçirilməsi.

 

 

Birdəfəlik müqavilələr əsasında (ayrıca):

  1. PSA -lar və onların Protokolları üzrə:

2.1. “ Xəzər Dənizinin Azərbayca Sektorunda Azəri və Çıraq yataqlarının və Günəşli yatağının  dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə”ə (Vergi, Gömrük və mühasibat uçotu məsələlərinə) dair və bu sazişin protokolları:

Əməkdaşların və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında protokolun, Xarici subpodratçların vergiyə cəlb edilməsi haqqında protokolun, Azərbaycan Respublikası idxal-ixrac rüsumları vergiləri haqqında protokolun və Əlavə dəyər vergisi haqqında protokolun tətbiqi üzrə işlərin görülməsi və məsləhətlərin verilməsi;

2.2. “Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı Neft Yataqlarının Daxil Olduğu Blokun Reabilitasiyası, Kəşfiyyatı, İşlənilməsi və Hasilatın Pay bölgüsü haqqında Saziş” və həmin “Saziş”in müvafiq protokolların tətbiqi üzrə işlərin görülməsi və məsləhətlərin verilməsi;

2.3. “Azərbaycan Respublikasında  Mişovdağ və Kəlamməddin Neft Yataqlarının Daxil olduği Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş” və həmin “Saziş”in müvafiq protokolların tətbiqi üzrə və məsləhətlırin verilməsi;

2.4. Digər mövcud PSA –lar və onların Protokolları üzrə görülməsi üzrə işlərin görülməsi və məsləhətlərin verilməsi.

 

  1. Digər auditor xidmətlərinin həyata keçirilməsi:

3.1. Audit aparılması;

3.2. Ekspertiza edilməsi (uçot sahəsi üzrə);
3.3.Məsləhətlər verilməsi (Vergi işi, mühasibat uçotu və mülki qanunvericilyin tətbiqi ilə bağlı sahəlır üzrə);

3.4. Müəssisələr- hüquqi və fiziki şəxslər üçün “Uçot siyasəti” tərtib edilməsi;

3.5. Balansın qiymətləndirilməsinin həyata keçirilməsi;

3.6. Yeni başkayan və işləyən mühasiblərin ixtisasartırmaları məqsədilə onlar üçün müqavilə əsasında istehsalat təcrübəsi (təkmilləşdirmə kursları) təşkil edilməsi;

3.7. Vergi və digər Dövlət Orqanlarının apardığı yoxlamalarda iştiral etməklə müştərinin qanuni mövqelərinin müdafiəsi;

3.8. Auditor fəaliyyəti ilə bağlı digər xidmətlərin göstərilməsi.